18 iyun 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Respublika müsabiqələri laureatı Nigar Əsədovanın sinif konserti keçirilmişdir.
Tədbiri giriş sözü ilə Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar Mədəniyyət işçisi Rza Bayramov açaraq gənc ifaçılara uğurlar arzulamışdır.
Tədbirdə Bakı Musiqi Akademiyasının tələbələri Röya Əliyeva, Tooba Soleimani, və Aybəniz Həsən, həmçinin Bakı Musiqi Akademiyası nəzdində Orta İxtisas Musiqi Məktəbinin I sinif şagirdi Miraslan Tağızadə iştirak etmişlər. İfaçıları konsertmeysterlər Nuranə Qurbanova və Nigar Hüseynli müşayiət etmişlər.
Tədbirin bədii hissəsində Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi nömrələri səsləndirilmişdir.
Tədbirin sonunda qonaqlar üçün Niyazinin həyat və yaradıcılığı haqqında ekskursiya aparılmışdır.
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »
Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır
Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.