az | ru | en

17 iyun 2026




17 iyun 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində "Üçüncü Bahar" İctimai Birliyinin üzvləri ilə növbəti görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova açaraq qonaqları salamlamış və muzeyin yaranma tarixi haqqında danışmışdır.
Sonra muzeyin filial müdiri Lətifə Məmmədova çıxış edərək Qara Qarayevin zəngin irsindən bəhs etmişdir.
Muzeyin bələdçisi Ulduz Əliyeva tərəfindən qonaqlar üçün Qara Qarayevin həyat və yaradıcılığı haqqında ətraflı ekskursiya aparılmışdır.
Görüş iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, səmimi fikir mübadiləsi şəraitində başa çatmışdır.
Qonaqlar muzeyin rəy kitabında öz ürək sözlərini və təəssüratlarını bölüşmüşlər.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.