az | ru | en

26 aprel 2026



ZƏRİFƏ ƏLİYEVANIN ƏZİZ XATİRƏSİNƏ


26 aprel 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Kamera ansamblı" kafedrasının baş müəllimləri X.Abdullayeva, N.Hacızadə, S.Yolçuyevanın tələbələri ilə birgə oftamoloq alim, akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş konsert keçirilmişdir.
Konsertdən əvvəl Nərminə Hacızadə giriş sözü ilə çıxış etmiş, qeyd etmişdir ki, Zərifə Əliyeva yalnız tanınmış alim deyil, həm də yüksək mənəvi keyfiyyətləri ilə seçilən, insanlara sevgi və qayğı ilə yanaşan böyük bir şəxsiyyət idi.
Konsertdə Nərminə Hacızadə muzeyin eksponatı olan not kitabı əsasında Qara Qarayevin "İldırımlı Yollarla" baletindən "Laylay" parçasını orijinal formada ifa etmişdir.
Tədbirdə Azərbaycan və Qərbi Avropa bəstəkarların əsərlərindən ibarət zəngin və rəngarəng konsert proqramı təqdim olunmuşdur.
Sonda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar Mədəniyyət işçisi Alla Bayramova Zərifə Əliyevanın əziz xatirəsini dərin ehtiramla yad etmiş, konsert iştirakçılarına təşəkkürünü bildirmişdir.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.