az | ru | en

9 aprel 2026



SADIQCAN - 180


9 aprel 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində tarzən, bəstəkar, müasir Azərbaycan tarının atası Mirzə Sadıq Əsədoğlunun (Sadıqcan) 180 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir.
Sonra tədbirin aparıcısı muzeyin direktor müavini Təranə Zeynalova Sadıqcanın həyat və yaradıcılığı haqqında ətraflı məlumat vermişdir.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Kamilə Dadaşzadə, sənətşünaslıq doktoru, professor İradə Köçərli, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadə, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü nasir, publisist, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Qazaxıstan Respublikasının Milli Konservatoriyasının fəxri professoru, Əməkdar artist Valeh Rəhimov və Sadıqcan nəslinin nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi və texnoloji elmlər" kafedrasının dosenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sadıqcanın kötücəsi Elxan Cəfərov və Sadıqcanın digər nəticəsi Nəvvab Sadıxov çıxış etmişlər. Həmçinin tarzən Mirzə Fərəc Rzayev nəslinin nümayəndəsi, foto-rəssam Əqdəs Bağırzadənin çəkdiyi, UNESCO-ya təqdim etdiyi tar, kamança, saz musiqi alətlərinin fotoları nümayiş olunmuşdu.
Tədbirin bədii hissəsində muzeyin Qədim Musiqi Alətləri Ansamblının solistləri Xalq artisti Teyyub Aslanov, Əməkdar artist Nuriyyə Hüseynova, Əməkdar artistlər Əliağa Sədiyev (tar), Toğrul Əsədullayev (kamança), tarzənlər Respublika Müsabiqələr laureatı Səxavət Məmmədov, 12 nömrəli musiqi məktəbinin müəllimi Emin Eminli, Azərbaycan Dövlət İncəsənət Universiteti nəzdində Humanitar Kollecin müəllimi, Respublika və Beynəlxalq müsabiqələr laureatı Cabbar Paşazadə, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi kollecinin 2-ci kurs tələbəsi Ceyhun Aslanlı və Azərbaycan Milli Konservatoriyasının 1-ci kurs tələbəsi, kamança ifaçısı Səid Hüseynovun ifalarında rəngarəng konsert proqramı təqdim olunmuşdur.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış "Sadıqcan, onun müasirləri və davamçıları" adlı slayd-şou nümayiş etdirilmişdir.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.