|
3 aprel 2026
3 aprel 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyət Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində, Klassik Musiqi Həvəskarları Klubunda, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "İxtisas fortepiano" kafedrasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova və tələbələrinin "Yurdumuza bahar gəlib" adlı konserti keçirilmişdir.
Konsertdən əvvəl Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Əzirə Abdullayeva giriş sözü ilə çıxış etmişdir. Ülviyyə Hacıbəyova, Səma Mustafayeva, Leyla Balayeva, Cahan Tağızadə, Fidan Muxtarova, Nəzrin Məmmədli, Zöhrə Ramazanlı, Kənan Xəlilzadə ifalarında Azərbaycan, Rus və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.
Sonda Ülviyyə Hacıbəyova Mehriban Əhmədovanın "Qızlar bulağı", Gülarə Əliyevanın "Rapsodiya" və Qara Qarayevin "Prelüd" əsərlərini ifa etmişdir.
Tədbirlər
|
|
|