az | ru | en

16 mart 2026


Vaqif Mustafazadə - 86


16 mart görkəmli bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın Əməkdar artisti Vaqif Mustafazadənin doğum günüdür. Səhər saatlarında Vaqif Mustafazadənin məzarını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev, ictimai xadim Hacı Nuran, Vaqif Mustafazadə adına Xeyriyyə Fondu və ev muzeyinin rəhbəri Afaq Əliyeva, Azərbaycan Respublikasının Əməkdar artisti Emil Əfrasiyab və muzeyin əməkdaşları ziyarət etmişlər.
Bu gün saat 15:00-da Vaqif Mustafazadənin ev muzeyində Bakı şəhəri məktəblərinin gənc rəssamlarının V. Mustafazadə və caz mövzusunda çəkdiyi rəsmlərdən ibarət sərgisinin açılışı olmuşdur. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Vaqif Mustafazadənin Ev Muzeyinin müdiri Afaq Əliyeva giriş sözü ilə çıxış etdilər. Sərgidə 21-ci Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Avropa Azərbaycan məktəbi, Azərbaycan Dövlət Uşaq Filarmoniyası, Nine Senses Art Center və Buzovna 4 ¹-li Uşaq İncəsənət Məktəbinin şagirdlərinin rəsm əsərləri nümayiş olunmuşdur. Eləcə də, ictimai xadim Hacı Nuran çıxış edərək şagirdlərə uğurlar arzulamışdır. Sonda gənc rəssamlar sertifikatla təltif olunmuşdur. Qeyd edirik ki, sərgi 10 gün davam edəcək.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.