az | ru | en

18 fevral 2026




18 fevral 2026-cı il tarixində tanınmış bəstəkar, professor, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi Aydın Əzimovun 80 yaşı tamam olur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Aydın müəllimi yubileyi münasibətilə ürəkdən təbrik edir və bəstəkara möhkəm cansağlığı, uzun ömür, fəaliyyətində davamlı uğurlar və yeni nailiyyətlər arzulayır.
Aydın Kərim oğlu Əzimov 1946-cı il fevral ayının 18-də Bakının Əmircan kəndində anadan olmuşdur.1964-cü ildə A.Zeynallı adına Musiqi Texnikumunun nəzəriyyə fakültəsini bitirmiş, elə həmin il Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə, bəstəkar Qara Qarayevin sinfinə daxil olmuş, 1972-ci ildə konservatoriyanı bitirmişdir. 1976-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Bəstəkar bir sıra simfonik əsərlərin, kamera musiqisi, müzikl və operettaların, teatr və kino musiqisi, mahnı və romansların müəllifidir.
O, eyni zamanda teatr tamaşalarına, "Azərbaycanfilm"in istehsal etdiyi bir çox filmlərə ("Daş saat", 1975), "Uşaq və külək", 1982), "Qətl günü", 1990), "Yalan", 2005) və s.) musiqilər də yazıb.
Azərbaycan bəstəkarlarının skripka əsərlərindən ibarət skripka və fortepiano üçün "Sonata-poema" əsərini yazmış və bu 11 illik musiqi və incəsənət məktəblərinin tədris proqramlarına salınmışdır. Həmçinin Üzeyir Hacıbəylinin Azərbaycan Respublikasının Dövlət Himnini bərpa etmiş və işləmişdir.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.