6 fevral 2026
"Əsrlərin musiqi səsləri"
6 fevral 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə "Gənclərə dəstək" layihəsi çərçivəsində akademiyanın tələbələrinin "Əsrlərin musiqi səsləri" adlı konserti keçirilmişdir.
Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov konsertdən əvvəl giriş sözü ilə çıxış etmişdir.
Konsertdə Bakı Musiqi Akademiyasının baş müəllimi Sevda Babazadənin fortepiano sinfinin tələbələri Naidə Qasımova, Səriyyə Ağakişiyeva, Nəzrin Zeynalova, Cəmilə Bəşirlinin ifalarında Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi nömrələri səsləndirilmişdir.
Tədbirlər
|