4 fevral 2026
"Bəstəkar Ömrünün Naxışları"
4 fevral 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində "Bəstəkar Ömrünün Naxışları" adlı konsertlə musiqili görüşlərə start verildi.
Tədbiri Qara Qarayev Ev Muzeyinin müdiri Lətifə Məmmədova giriş sözü ilə açmışdır. Daha sonra Ağdam şəhər Qurban Primov adına 2 saylı uşaq musiqi məktəbinin direktoru Maya Quliyeva Qara Qarayevin Azərbaycan musiqi mədəniyyətinə verdiyi tövhələr haqqında tamaşaçılara məlumat verdi. Tədbirin bədii hissəsində Ağdam şəhər Qurban Primov adına 2 saylı uşaq musiqi məktəbinin şagirdlərinin ifalarında görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı təqdim edilmişdir.
Tədbirlər
|