17 dekabr 2025
MƏCNUN KƏRİM - 80
17 dekabr 2025-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində musiqişünas alim, sənətşünaslıq elmləri doktoru, professor, Xalq artisti, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının yaradıcısı, bədii rəhbəri (1996-2013) Məcnun Kərimin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, teatrşünas-tənqidçi, jurnalist, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İlham Rəhimli çıxış etmişlər. Tədbirin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Təhmirazqızı idi.
Tədbirin bədii hissəsində muzeyin Qədim Musiqi Alətləri Ansamblı (bədii rəhbər, konsertmeyster, Xalq artisti Munis Şərifov), solistlər - Xalq artisti Teyyub Aslanov, Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında maraqlı konsert proqramı təqdim edilmişdir.
Tədbirin sonunda muzeyin zəngin kolleksiyaları əsasında "Məcnun Kərim - 80" slaydşousu nümayiş olunmuşdur.
Tədbirlər
|