az | ru | en

12 dekabr 2025


Ümümmilli lider Heydər Əliyevin anım günü


Dekabrın 12-də müasir Azərbaycan Dövlətinin qurucusu, mədəniyyətimizin böyük himayədarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü tamam olur.
Bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi ilə birgə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Tədbir bir dəqiqəlik sükutla və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdı. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir. Muzeyin şöbə müdiri Əzirə Abdullayeva "Ulu Öndərimiz Heydər Əliyevin vətənə, xalqa həsr edilən ömrü" mövzusunda çıxış etmişdir. Beynəlxalq müsabiqələr laureatı Əli Vahidov Heydər Əliyevin əziz xatirəsinə musiqi əsərləri səsləndirmişdir.Tədbir iştirakçıları üçün "Zamanın fövqündə" sənədli filmi nümayiş olunmuşdur.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.