10 dekabr 2025
"Poeziya Xəzrisi" Respublika bədii qiraət müsabiqəsinin
qalibləri mükafatlandırılıb
Dekabrın 10-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində (Muzey Mərkəzi) "Poeziya Xəzrisi" Respublika bədii qiraət müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Müsabiqə Azərbaycan Respublikası Prezidentinin "Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamı və Mədəniyyət Nazirliyinin müvafiq Tədbirlər planı əsasında Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilati dəstəyi, "Qanun" nəşriyyatı və "MİMTA" yayınlarının tərəfdaşlığı ilə gerçəkləşib.
Tədbirlər
|