14 noyabr 2025
"Uşaq Hüquqları Aylığı" çərçivəsində "Uşaq hüquqları və uşaqların sosial müdafiəsi" adlı tədbir
"Uşaq hüquqları haqqında" Konvensiyanın (UHK) qəbul edilməsinin ildönümü ərəfəsində oktyabrın 20-dən noyabrın 20-dək ölkədə "Uşaq Hüquqları Aylığı" elan edilir. Aylığın keçirilməsində məqsəd uşaq hüquqlarının müdafiəsi sahəsində əhalinin məlumatlılığının artırılması, aidiyyəti dövlət orqanlarını, vətəndaş cəmiyyəti institutlarını, digər müvafiq qurumları səfərbər etməklə cəmiyyətin diqqətinin uşaqların müdafiəsinə cəlb edilməsindən və bu sahədə ictimai fəallığın təşviqindən ibarətdir.
14 noyabr 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi ilə birgə "Uşaq Hüquqları Aylığı" çərçivəsində "Uşaq hüquqları və uşaqların sosial müdafiəsi" adlı tədbir keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Əzirə Abdullayeva "Uşaqların hüquq bə azadlıqlarının qorunması" mövzusunda çıxış etmişdir. Tədbir iştirakçılarına uşaq hüquqları və onların müdafiəsi haqqında məlumat verilmiş, qəbul olunmuş qanunlar, konvensiyalar, dövlət tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər, uşaqların sağlam mühitdə yetişməsinin əhəmiyyəti haqqında danışılmış, videoçarxlar nümayiş edilmişdir.
Tədbirdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllim və şagirdləri - Beynəlxalq müsabiqələr laureatı Rəna Zəkiyeva, Ülkər Əlizadə və Respublika və Beynəlxalq müsabiqələr laureatlari Davud Rüstəmov, Məhəmməd Aslanlı, Hazar Teymurzadə, Fatimə Zeynallı, Firəngiz Orucova, Əliəkbər Cəfərov, Əli Fərəcov, Nəbi Uğur, Davud Rüstəmovun ifalarında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim olunmuşdur.
Tədbirlər
|