12 noyabr 2025
ÜZEYİR HACIBƏYLİ - 140
12 noyabr 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində növbəti konsert keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktor müavini Təranə Zeynalova giriş sözü ilə çıxış etmişdir. Xanım Abdinova dahi bəstəkarın həyat və yaradıcılıq yolu haqqında məlumat vermişdir. Onun çıxışı muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış slaydşou ilə müşaiyət olunmuşdur.
Tədbir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "İxtisas fortepiano" kafedrasının professorları, Əməkdar müəllim Siala Sinamdzqvarişvili və Əməkdar artist Elnarə Kəbirlinskayanın tələbələrinin iştirakı ilə konsert keçirilmişdir. Konsert proqramında Azərbaycan bəstəkarlarının əsərləri səslənmişdir. Sonda Bakı Musiqi Akademiyasının professoru, Əməkdar artist Elnarə Kəbirlinskaya dəstəyə görə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə təşəkkürünü bildirmişdir.
Tədbirlər
|