6 noyabr 2025
8 NOYABR - ZƏFƏR GÜNÜ
6 noyabr 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 8 Noyabr - Zəfər günü münasibətilə konsert keçirilmişdir.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, tədbir iştirakçıları şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını əsirgəməmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla bir dəqiqəlik sükutla yad etmişlər.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Muzeyin şöbə müdiri Əzirə Abdullayeva "8 Noyabr - Şanlı zəfər tariximiz" mövzusunda çıxış etmişdir.
Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut istiqamətlərində əməliyyatların iştirakçısı mayor Gülbala Abdullayev, qazilər Abbas Abbaslı və Sübhan Xankişiyev keçdiyi döyüş yolları haqqında danışmış, qazilərin 44 günlük zəfər yolunda iştirakları haqqında videomüsahibələri nümayiş edilmişdir.
Konsert proqramında muzeyin Qədim Musiqi Alətləri Ansamblı (bədii rəhbər və konsertmeyster Xalq artisti Munis Şərifovdur) və ansamblın solistləri - Xalq artisti Teyyub Aslanov, Əməkdar artist Nuriyyə Hüseynova Azərbaycan bəstəkarlarının vətənpərvərlik ruhunda yazılmış əsərlərindən və xalq mahnılarından ibarət rəngarəng musiqi ifaları təqdim olunmuşdur.
Tədbirdə II Qarabağ müharibəsinin iştirakçıları, qazilər, şəhid ailələrin üzvləri iştirak etmişlər.
Tədbirlər
|