az | ru | en

3 oktyabr 2025


Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin 140 illik yubileylərinə həsr olunmuş bəstəkarların yaşadığı illərə aid materiallar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyalarında kataloqların təqdimat mərasimi


3 oktyabr 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin 140 illik yubileylərinə həsr olunmuş bəstəkarların yaşadığı illərə aid materiallar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyalarında kataloqların təqdimat mərasimi keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Muzeyin elmi işçisi Raminə Məmmədova Üzeyir Hacıbəyliyə həsr olunmuş kataloq haqqında məlumatla çıxış etmişdir. Daha sonra Müslüm Maqomayevə həsr olunmuş kataloq haqqında muzeyin aparıcı elmi işçisi Aynur Müfidzadə danışmışdır.
Tədbirin bədii hissəsində Kristina Əfəndiyevanın rəhbərliyi altında Xor, Azərbaycan Dövlət Xor Kapellasının solistləri, Beynəlxalq Müsabiqələr laureatları Elyar Əliyev, Kamilla İmanova, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova (vokal), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakina, konsertmeysteri Dilarə Kərimova, tələbələri Hidayət Sadıqbəyli, Elen İmamyarlı və Şöhrət İsmayılov (f-no), Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi, Beynəlxalq Müsabiqələr laureatı Rəna Zəkiyeva (f-no), şagirdi Mirnofəl Həsənovun (tar) ifalarında Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əsərlərindən ibarət konsert proqramı təqdim olunmuşdur. Konsert proqramının bədii rəhbəri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünalıq üzrə fəlsəfə doktoru Alyona İnyakinadır.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.