az | ru | en

1 oktyabr 2025


1 OKTYABR - BEYNƏLXALQ MUSİQİ GÜNÜ
QARA QARAYEVİN EV MUZEYİNİN AÇILIŞININ 7 İLLİYİ


1 oktyabr 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində 1 oktyabr - Beynəlxalq Musiqi Günü və muzeyin açılışının 7 illiyi münasibətilə tədbir keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir. O, uzun illər ərzində muzeydə Qara Qarayev irsinin tədqiqi, elmi araşdırmaları, yeni arxiv materiallarının toplamması haqqında danışmış, dahi bəstəkarın ev muzeyinin yaradılması istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər, çap edilmiş yeni nəşrlər barədə məlumat vermişdir. Görülən işlər zamanı Qara Qarayevin ailə üzvləri və yaxınlarından alınan dəstəyə, muzeyə hədiyyə etdikləri qiymətli materiallara görə təşəkkürünü bildirmişdir.
Qara Qarayevin Ev Muzeyinin filial müdiri Lətifə Məmmədova Beynəlxalq Musiqi Günü və bu gözəl musiqi bayramının maarifləndirici əhəmiyyəti haqqında çıxış etmişdir. Onun çıxışı muzeyin fəaliyyətini əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, musiqişünas, Əməkdar incəsənət xadimi Zümrad Dadaşzadə, gənc bəstəkar və musiqişünas Rüzgar Əhmədzadə tədbirdə çıxış etmişlər.
Tədbirin bədii hissəsində Respublika və Beynəlxalq müsabiqələr laureatları Hidayət Sadıqbəyli (f-no), Kənan Sadıqov (tar), Gülsarə Bağırova (f-no), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Xədicə Həsənli (violin), magistr tələbəsi Gülnar İrşadi (f-no), Xədicə Hacılı (f-no), bəstəkar Nigar Süleyman (f-no), Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi Samir Əsədli, məktəbin şagirdi Hümmət Ziya (tar), Sevinc Kərimovanın (f-no) ifalarında Qara Qarayevin, Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim olunmuşdur.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.