|
10 sentyabr 2025
10 sentyabr 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Musiqi Həvəskarları Klubunun növbəti tədbiri keçirilmişdir.
Tədbirdə muzeyin yenilənmiş sərgisi ilə tanışlıq olmuş, həvəskar musiqiçilərin konserti təqdim edilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova konsertdən əvvəl giriş sözü ilə çıxış etmişdir.
Konsertdə həvəskar musiqiçilər Həbib Həbibov (f-no), Sərxan Ələsgərli (violin), Orxan Məmmədov (f-no), özlərinin bəstələdiyi əsərləri və Emin Sabitoğlunun əsərini təqdim etmişlər. Daha sonra qonaqlara Qədim Musiqi Alətləri Ansamblı haqqında məlumat verilmiş və ansamblın ifası təqdim olunmuşdur.
Sonda muzeyin Qədim Musiqi Alətləri Ansamblının yaradıcısı, Xalq artisti, sənətşünaslıq elmləri doktoru, professor, ansamblın bədii rəhbəri olmuş (1996-2013) Məcnun Kərimovun qızı Könül Kərimova tədbir iştirakçılarına və tədbiri təşkil edən muzey əməkdaşlarına minnətdarlığını bildirdi.
Tədbirlər
|
|
|