2 iyul 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə görkəmli bəstəkar, Azərbaycan professional musiqisinin banisi, publisist, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş növbəti konsert keçirilmişdir.
Konsertdə Bakı Musiqi Akademiyasının baş müəllimi Sevda Babazadənin rəhbərliyi ilə tələbələri Naida Qasımova, Nəzrin Zeynalova, Şəms Əsgərova, Səriyyə Ağakişiyevanın ifalarında klassik fortepiano musiqisindən ibarət rəngarəng musiqi proqramı təqdim olunmuşdur.
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »
Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır
Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.