1 iyul 2025
Üzeyir Hacıbəylinin 140 illik yubileyinə və 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert
1 iyul 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində Klassik Musiqi Həvəskarları Klubunda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə görkəmli bəstəkar, Azərbaycan professional musiqisinin banisi, publisist, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin 140 illik yubileyinə və 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova konsertdən əvvəl giriş sözü ilə çıxış etmişdir. Konsertdə Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, bəstəkar, Xalq artisti Sərdar Fərəcov dahi bəstəkarın yubileyi münasibəti ilə görülən tədqiqat işləri, muzeyin yeni nəşrləri haqqında məlumatla çıxış etdi.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova və onun tələbələri, Beynəlxalq müsabirələr laureatları Natavan Səlimova, Zöhrə Ramazanlı və Kənan Xəlilzadənin (klarnet) ifalarında Üzeyir Hacıbəyli, Qara Qarayev və başqa Azərbaycan, Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.
Konsertdə Xalq artisti Ülviyyə Hacıbəyova Üzeyir Hacıbəylinin "Milli marş"nın fortepiano üçün işləməsini ilk dəfə təqdim etmişdir.
Tədbirlər
|