az | ru | en

12 iyun 2025


"CIDIR DÜZÜ" KİTABININ TƏQDİMATI


12 iyun 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində şair, yazıçı və ədəbiyyatşünas, Azərbaycan Yazıçılar İttifaqının fəxri üzvü Eldar Əhədovla görüş və onun Azərbaycan dilində nəşr olunmuş "Cıdır düzü" kitabının təqdimatı keçirilmişdir.
Tədbir interaktiv müzakirə formatında keçirilmişdir. Eldar Əhədov öz həyat və yaradıcılıq yolu haqqında, Azərbaycan bəstəkarları ilə dostluğundan, caz bəstəkarı, Vaqif Mustafazadənin davamçısı Cəfər Əliyevlə birgə yaradıcılığından, bu gün Almaniyada yaşayan bəstəkar və orkestr rəhbəri Xədicə Zeynalova ilə dostluğundan danışmış, onların müəllifi olduğu əsərlərin videoyazıları nümayiş olunmuşdur.
Görüş zamanı vokalçı, bəstəkar Qasım Xəlilov, jurnalist, tədqiqatçı və teleaparıcı Fuad Axundov, Eldar Əhədovun "Cıdır düzü" kitabının tərcüməçisi Əlviz Əliyev ürək sözləri, arzuları ilə çıxış etmişlər. Gənc şairə Lalə Həsənovanın rəhbərliyi ilə təşkil olunmuş bədii hissədə şairlər Bayram Məhərrəmov, Samirə Şıxıyeva, Zaur Cəfərov, Ziba Rəsul, Aytən Həsənzadə "Cıdır düzü" kitabından hekayələri və şeirləri qiraət etmiş, gənc pianoçular Ləman Cəfərova və İmran Şıxıyev (f-no) musiqi ifalarını təqdim etmişlər. Bütün çıxışlar Eldar Əhədovun yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur.
Sonda Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov çıxış edərək Eldar Əhədovu yeni kitabının təqdimatı ilə təbrik etmiş, ona böyük yaradıcılıq uğurları arzu etmişdir.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.