11 iyun 2025
15 iyun - Milli Qurtuluş Günü
11 iyun 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə 15 iyun Milli Qurtuluş Günü münasibətilə konsert keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova çıxış edərək Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışı, bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsinə olan böyük diqqət və qayğısı haqqında danışdı. 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olundu.
Konsert proqramında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, Respublika Müsabiqələri laureatı Nigar Əsədovanın rəhbərliyi ilə tələbələrinin ifalarında Qərbi Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi proqramı təqdim olundu.
Tədbirlər
|