31 may 2025
Nağıllar aləmində
31 may 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycanın tatar icmasının birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Nağıllar aləmində" adlı konsert keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Konsert proqramında Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyasının, 36 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri, "Mehriban" mahnı və rəqs ansamblı (bədii rəhbər Səbinə Nəcəfova) və başqaları öz bacarıqlı ifaları, rəqsləri ilə bayram əhval-ruhiyyəsi yaratmışlar. "Birgə və Sağlam" İctimai Birliyinin nəzdində Autizm Mərkəzinin möcüzələrindən biri olan Hüseyn Niftəliyevin ifaları isə konsertdə xüsusilə xoş duyğulu dəqiqələr bəxş etdi.
Konsertin bədii rəhbərləri Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina və Azərbaycanda tatar icmasının idarə heyətinin üzvü Rinat İlyasovdur.
Tədbirlər
|