30 may 2025
XOŞBƏXT OLSUN UŞAQLAR
30 may 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət məktəbi şagirdlərinin 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Xoşbəxt olsun uşaqlar" adlı konserti keçirilmişdir.
Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlamışdır.
Konsertdə məktəbin şagirdlərinin, rəqs və xor kollektivinin ifalarında rəngarəng musiqi proqramı təqdim olunmuşdur.
Sonda Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət məktəbinin direktoru Anar Əlizadə şagirdlərə böyük uğurlar arzulamış, yaradılan şəraitə görə muzeyə dərin təşəkkürlərini bildirmişdir.
Tədbirdən sonra iştirakçılara ekskursiya aparılmış, Maestro Niyazinin həyat və yaradıcılıq yolu haqqında geniş məlumat verilmişdir.
Tədbirlər
|