az | ru | en

28 may 2025


28 May Müstəqillik Günü


28 may 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin iştirakı ilə 28 May Müstəqillik Gününə həsr olunmuş konsert keçirilmişdir.
Qara Qarayevin Ev Muzeyinin müdiri Lətifə Məmmədova konsertdən əvvəl giriş sözü ilə çıxış etmişdir.
Konsert proqramında görkəmli bəstəkar Qara Qarayevin əsərlərindən ibarət rəngarəng musiqi proqramı təqdim olunmuşdur. Bütün ifalar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət edilmişdir.
Sonda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Mina Aslanova çıxış edərək gənc istedadlara uğurlar arzu etmişdir.
Konsertdən sonra muzeyin ekskursiyaçısı Ulduz Əliyeva iştirakçıları Qara Qarayevin həyat və yaradıcılıq yolu ilə yaxından tanış etmişdir.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.