21 may 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində dahi bəstəkar Qara Qarayevə həsr olunmuş "Qara Qarayevin işığında" adlı konsert keçirilmişdir.
Qara Qarayevin Ev Muzeyinin müdiri Lətifə Məmmədova konsertdən əvvəl giriş sözü ilə çıxış etmişdir.
Konsert proqramında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri və Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifalarında Qara Qarayevin və başqa Azərbaycan klassiklərinin əsərlərindən ibarət rəngarəng musiqi proqramı təqdim olunmuşdur.
Sonda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi və Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru, Əməkdar müəllim İlhamə Ağayeva çıxış edərək gənc istedadlara uğurlar arzu etmişdir.
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »
Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır
Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.