16 may 2025
18 MAY - BEYNƏLXALQ MUZEYLƏR GÜNÜ
"MUZEYLƏR İNCƏSƏNƏTLƏR ARASINDA BİR KÖRPÜDÜR"
16 may 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə "Muzeylər incəsənətlər arasında bir körpüdür" adlı tədbir keçirilmiş, muzeyin yeni "Musiqi və təsviri sənət" zalının açılışı olmuşdur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri giriş sözü ilə açmışdır.
Tədbir iştirakçıları “Musiqi və Təsviri sənət” zalında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin fondlarından təsviri sənət nümunələri: rəsm əsərləri, heykəltaraşlıq nümunələri, dram və musiqili tamaşalara tərtibat və geyim eskizləri, dostluq şarjları, afişalardan ibarət sərgi ilə tanış olmuşlar.
Açılış mərasimində Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi, professor Elturan Avalov, Xalq rəssamı Hüseyn Haqverdiyev, "Bakı" rəsm qalereyasının müdiri, rəssam Eldəniz Babayev, rəssam Hüseyn Hacıyev və başqa mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər.
Bədii hissədə Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri Əməkdar artist Xəyyam Məmmədov (kamança), Əməkdar artist Çinarə Heydərova (qanun), Emin Eminli (tar), Cəfər Həsənov (nağara), muzeyin Qədim Musiqi Alətləri Ansamblının solisti, nəfəs alətləri ifaçısı Teymur Abdullayevin, aktyor və müğənni Tərlan Şahbazi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, Əməkdar artist İlham Nəzərovun tələbələri Cavidan Babazadə, Nuray İsmayılova, Pərvanə Soltanova (vokal), Ülviyyə Əliyevanın ifalarında rəngarəng konsert proqramı təqdim olunmuşdur.
Tədbirlər
|