15 aprel 2025
15 APREL - BEYNƏLXALQ MƏDƏNİYYƏT GÜNÜDÜR
15 aprel 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Qarabağ Regional Mədəniyyət İdarəsi- Şuşa Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Mədəniyyət Günü münasibətilə tədbir keçirilmişdir.
Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlamışdır.
Şuşa rayon İcra Hakimiyyətinin nümayəndəsi Nigar Eyvazova, Şuşa Rayon Mədəniyyət Evinin direktoru Rüstəm Əliyev, Şuşa Rəsm Qalereyasının direktoru Anar Cəbizadə müstəqil Azərbaycanın mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlər, zəngin tarixi və mədəni irsimizin təbliği, milli mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsi, zəngin və şanlı tarixi keçmişə malik Şuşa mədəniyyəti haqqında danışmışlar.
Tədbir "Şuşadan dünyaya" adlı konsert proqramı ilə davam etmişdir. Beynəlxalq ve Respublika musabiqələri laureatları Rəhilə Nəzərova (fleyta), Murad Kəngərli (vokal), Əli Vahidov, Ayan Həsənova, Valeh Aslanov (f-no), Müdafiə Nazirliyi Zabitlər Evinin solisti Vüsal Şuşalı (vokal), Şuşa Mədəniyyət Evinin bədii rəhbəri Orxan Mövlan (vokal), "Buta"rəqs qrupunun bədii rəhbəri, xoreoqraf Turkanə Bayramovanın(rəqs) ifalarında Azərbaycan bəstəkarları Ü.Hacıbəyli, Niyazi, E.Sabitoğlu, F.Şopen, S.Nəzərovun əsərlərindən ibarət rəngarəng musiqi proqramı təqdim olunmuşdur.
Tədbirlər
|