az | ru | en

10 aprel 2025


ÜZEYİR HACIBƏYLİ - 140


10 aprel 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Klassik Musiqi Həvəskarları Klubunda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə görkəmli bəstəkar, Azərbaycan professional musiqisinin banisi, publisist, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova konsertdən əvvəl giriş sözü ilə çıxış etmişdir.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova və onun tələbələri Səma Mustafayeva, Leyla Balayeva, Samirə Kazımlı, Natavan Səlimova, Zöhrə Ramazanlı, Çinarə Səmədova, Arzu Məhərrəmova Ü.Hacıbəyli, Z.Hacıbəyov, Niyazi və dünya klassiklərinin əsərlərindən ibarət rəngarəng musiqi proqramı ilə çıxış etmişlər.
Konsertdə Xalq artisti Ülviyyə Hacıbəyovanın fortepiano üçün işləməsi olan Niyazinin "Rast" simfonik muğamının ilk ifası böyük hərarətlə qarşılanmışdır.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.