9 aprel 2025
CON VARNEY İLƏ GÖRÜŞ
9 aprel 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Avstraliyalı musiqiçi, kontrabas ifaçısı, bəstəkar və pedaqoq, fəlsəfə doktoru Con Varney ilə görüş keçirilmişdir. Muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva Con Varneyin yaradıcılıq yolu haqqında məlumat vermişdir. Con Varney tədbir iştirakçılarıın suallarını cavablandırmış, gördüyü işlər, yaradıcılıq planları haqqında məlumat vermişdir.
Tədbirin bədii hissəsində "Daxili dənizləri sərhəd olan ölkələrdən musiqi" adlı konsert proqramı təqdim olunmuşdur. Konsert proqramında Con Varney pianoçu Nərmin İsgəndərovanın müşayiəti ilə ilk dəfə kontrabasda Tofiq Quliyev, Tofiq Bakıxanovun, qazax, gürcü, fars bəstəkarlarının əsərlərinin işləmələrini ifa etmişdir. Sonda sürpriz olaraq tarda "Bayatı-Şiraz" muğamından bir parça və "Küçələrə su səpmişəm" xalq mahnısının ifası böyük hərarətlə qarşılandı.
Tədbirlər
|