6 aprel 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində Beynəlxalq Ev Muzeyləri Gününə həsr olunmuş "Gənc istedadlar Qara Qarayevin Ev Muzeyində" adlı konsert keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir. Qara Qarayevin Ev Muzeyinin müdiri Lətifə Məmmədova görkəmli şəxsiyyətlərin xatirələrinin əbədiləşdirilməsi və yaradıcılıqlarının təbliğində ev muzeylərinin rolu haqqında danışmışdır.
Pianoçular, Respublika və Beynəlxalq müsabiqələr laureatı Zakir Əsədov, Xəyal Əsədov, Surə Həsənli, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Svetlana Əhmədova və AMK nəzdində İncəsənət Gimnaziyasının şagirdləri maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Konsert proqramında Qara Qarayevin və dünya klassiklərinin əsərləri səslənmişdir.
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »
Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır
Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.