Niyazinin Mənzil Muzeyində 5 aprel tarixində Beynəlxalq Ev Muzeyləri Günü münasibətilə növbəti tədbir, "Şən bahar" adlı musiqili tamaşa keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmiş və bu ildən ilk dəfə keçirilən Beynəlxalq Ev Muzeyləri Günü haqqında məlumat vermişdir. Muzeyin şöbə müdiri Xanım Abdinova gənc istedadlara uğurlu çıxışlar arzu etmişdir.
Abşeron rayonu, Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdləri "Şən bahar" da "Uşaqların sevinci" adlı musiqili tamaşa təqdim etmişlər. Proqramda Üzeyir Hacıbəyli, Əşrəf Abbasov və Sevinc İbrahimovanın uşaq mahnıları, Cəlal Abbasovun "Şən bahar" musiqi səhnəcikləri böyük maraqla qarşılanmışdır. Musiqili tamaşanın bədii rəhbəri məktəbin müəllimi, musiqişünas Sevinc İbrahimovadır.
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »
Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır
Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.