az | ru | en

13 mart 2025




13 mart 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Respublikasının Xalq artisti Gülağası Mirzəyevin "Slujba baletu" (Ñëóæáà áàëåòó) kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbirin əvvəlində tanınmış balet ustası, Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyevanın xatirəsi yad edilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri giriş sözü ilə açmışdır.
Daha sonra müəllif, Xalq artisti Gülağası Mirzəyev balet sənətinə həsr olunmuş ikinci kitabının yaradıcılıq prosesi, balet dünyasında aktual məsələlər, bu dünyanın problemləri və arzuları haqqında çıxış etmişdir. Onun çıxışı ekranda kitabın illüstrasiyalı səhifələrinin nümayişi ilə müşayiət olunmuşdur.
Tədbirdə musiqişünas, publisist və pedaqoq Raya Abbasova, aktrisa, baletmeyster, xoreoqraf, pedaqoq, Əməkdar incəsənət xadimi Rimma Məmmədova kitab haqqında fikirləri, ürək sözləri ilə çıxış etmişlər.
Təqdimat mərasimində balet sənətinə aid viktorina keçirilmiş, qaliblərə müəllif tərəfindən kitablar hədiyyə edilmişdir.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.