18 oktyabr 2026
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü
Müstəqillik tariximiz, milli kimliyimiz və gələcəyimizin təminatıdır!
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının milli iradəsini, azadlıq mübarizəsini və dövlətçilik ənənələrinə sadiqliyini əks etdirən əlamətdar tarixi gündür.
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilib. Bu tarixi sənəd Azərbaycan dövlət müstəqilliyinin hüquqi əsaslarını təsbit edib və ölkəmizin müstəqil dövlət kimi inkişafında mühüm mərhələ olub.
2021-ci il oktyabrın 15-də Azərbaycan Respublikası Milli Məclisi Prezident İlham Əliyevin təşəbbüsü ilə "Müstəqillik Günü haqqında" yeni Qanunu təsdiqləyib. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olunub.
2026-cı ildə Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycanın dövlətçilik əsasları möhkəmləndirilib. Bu siyasi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan müstəqil, güclü və nüfuzlu dövlət kimi inamla inkişaf edir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edir, müstəqil Azərbaycanın daim inkişaf etməsini, dövlətçiliyimizin möhkəmlənməsini və müstəqilliyimizin əbədi olmasını arzulayır.
Müstəqilliyimiz əbədi, dövlətimiz daim güclü olsun
Ümumi xəbərlər
|