az | ru | en

7 oktyabr 2026


Muzeydə qazaxıstanlı musiqişünas alimlərlə görüş keçirilib


7 oktyabr 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Qazaxıstan Respublikasının Kulyaş Bayseitova adına Qazaxıstan Milli İncəsənət Universitetinin "Musiqişünaslıq və Bəstəkarlıq" kafedrasının professorları - sənətşünaslıq namizədi, Qazaxıstan Respublikasının Əməkdar xadimi Gulnar Alpeisova və sənətşünaslıq üzrə fəlsəfə doktoru Qaliya Akparova ilə görüş keçirilib.
Görüşün əvvəlində muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək Azərbaycan və Qazaxıstan musiqişünasları arasında uzun illərdir davam edən elmi və mədəni əlaqələrdən, əməkdaşlıqdan söz açıb.
Sonra Gulnar Alpeisova "Qazax musiqi dili ənənə və müasirlik kontekstində" layihəsi haqqında məruzə ilə çıxış edib. O, qazax xalqının ənənəvi musiqi təfəkkürünü, milli musiqi dilinin və mədəni irsin qorunmasının əhəmiyyətindən bəhs edib. Məruzə Qazaxıstanın müxtəlif bölgələrinə aid ənənəvi mahnıların audio nümunələri ilə müşayiət olunub. Gulnar Alpeisovanın "etnosolfecio" metodikası və milli musiqinin müasir musiqi təhsilinə təsiri haqqında söylədikləri görüş iştirakçıların böyük marağına səbəb olub.
Görüşdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə və sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas İmina Əliyeva da iştirak edərək mövzu ilə bağlı fikirlərini bölüşüb, Azərbaycan və qazax musiqi ənənələri arasında müqayisəli təhlillər aparıblar.
Görüş qarşılıqlı elmi fikir mübadiləsi və Azərbaycan - Qazaxıstan musiqişünaslıq əlaqələrinin gələcək inkişaf perspektivləri, ortaq türk mədəni irsinin və ənənəvi musiqi növlərinin birgə öyrənilməsinin müzakirəsi ilə davam edib.
Sonda muzeyin direktoru Alla Bayramova qonaqları muzeyin fəaliyyəti, zəngin kolleksiyaları və ekspozisiyası ilə tanış edib. Qonaqlar muzeydə qorunan nadir musiqi nümunələri və eksponatlarla tanış olaraq Azərbaycan musiqi mədəniyyətinin tarixi irsi haqqında ətraflı məlumat alıblar.





Ümumi xəbərlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.