az | ru | en

12-15 sentyabr 2026




12-15 sentyabr 2026-cı il tarixlərində Serbiyanın Kraquyevats şəhərində Beynəlxalq Muzeylər Şurası (ICOM) ICLCM komitəsinin "Ədəbiyyat və bəstəkarlar muzeyləri: mədəniyyət, təhsil, elm və mədəniyyətlərarası dialoqun xidmətində" mövzusunda illik konfransı keçirilmişdir.
Konfransın həmtəşkilatçısı və ev sahibi Şumadiya Milli Muzeyi (Kraquyevats, direktor - Katarina Babiç) olmuşdur.
Konfransda 11 ölkədən (Avstriya, Azərbaycan, İspaniya, İtaliya, Qırğızıstan, Latviya, Niderland, Rusiya, Serbiya, Tayvan və Xorvatiya) 29 iştirakçı əyani və onlayn formatda iştirak edib və 27 məruzə təqdim edilmişdir.
ICLCM komitəsinin sədri, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova konfransda "Tədqiqat və elmi töhvə: Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təcrübəsi" adlı məruzə ilə çıxış etmişdir. Eləcədə konfransda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyinin ekskursiyaçısı Ulduz Əliyeva "İntertekstuallıq və sinesteziya: Qara Qarayevin Ev-Muzeyi müasir auditoriya üçün canlı məkan kimi" adlı məruzə ilə çıxış etmişdir.
Konfrans iştirakçıları Serbiyanın bir sıra muzey və memorial məkanlarını, o cümlədən Nobel mükafatı laureatı İvo Andriçin muzeyini, Belqraddakı Adligat Kitabxana-Muzeyini, həmçinin Kragujevac şəhərində yerləşən "21 Oktyabr" Memorial Kompleksi və Parkını ziyarət etmişlər.
Konfrans materiallarının toplu şəklində nəşr olunması nəzərdə tutulur.
Bu konfransın belə ruhlandırıcı, zəngin məzmunlu və uğurlu tədbirə çevrilməsinə töhfə verən təşkilatçılara və bütün iştirakçılara səmimi təşəkkürümüzü bildiririk!





Ümumi xəbərlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.