az | ru | en

29 aprel 2026


ƏDİLƏ HÜSEYNZADƏ - 110


Ədilə Hacıağa qızı Hüseynzadə - bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın, Azərbaycan SSR Əməkdar incəsənət xadimi.
Ədilə Hüseynzadə 29 aprel 1916-cı ildə Bakıda anadan olmuşdur. O, altı yaşından Yeddiillik musiqi məktəbində professor İ.S.Aysberqin sinfində fortepiano ilə məşğul olmağa başlamışdır.1929-1932-ci illərdə N.Nərimanov adına Sənayə Texnikumunda, sonra isə imtahansız Azərbaycan Dövlət Neft və Sənayə Universitetində təhsil almışdır. Hər iki təhsil ocağını əla qiymətlərlə başa vuran Ədilə Hüseynzadə mühəndis-texnoloq peşəsinə yiyələnmişdir. 1945-ci ildə ekranlaşdırılmış "Arşın mal alan" filmində Asyanın vokal partiyası Üzeyir Hacıbəyli tərəfindən Ədilə Hüseynzadəyə həvalə olunur və ifası Üzeyir Hacıbəyli tərəfindən müsbət qiymətləndirilir.
Ədilə Hüseynzadənin Nizaminin sözlərinə yazılmış "Vəslin həvəsi" romansı, habelə Nəsimi, Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəylinin şeirlərinə bəstələnmiş romansları və "Duyğular" vokal silsiləsi Azərbaycan musiqisinin inciləridir. Həmçinin "Bülbül", "Qarayazı meşəsində", "Bir səs", "Susdu bülbülümüz", "Günədən gənclik istədim", "İnsanları sevməsəydim", "Yenə elədir" romansların müəllifidir.
Xor və kollektivlər üçün əsərlər bəstələnmiş ikinci mərhələdə tar və solistlər və xor üçün "Ərəb dostlarıma", solistlər və xor üçün "Neylərəm", xor üçün "Üzün bərqi gülitərdir", a kapella xoru üçün "Vətən" adlı xor əsərləri, solist bariton qadın xoru və orkestr üçün "Oğlumun babasına" adlı ballada yazılmışdır.
Ədilə Hüseynzadə 1944-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü idi və onun tədbirlərində fəal iştirak edirdi. Ədilə xanıım Hüseynzadə 20 iyul 2005-ci ildə vəfat etmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti dövlət Muzeyinin zəngin kolleksiyalarından Ədilə Hüseynzadəyə aid bəzi materialları sizə təqdim edirik.





Ümumi xəbərlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.