16 dekabr 2025
VAQİF MUSTAFAZADƏ (16.03.1940-16.12.1979)
16 dekabr - görkəmli Azərbaycan musiqiçisi, bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Mükafatı laureatı VAQİF MUSTAFAZADƏNİN anım günüdür.
Vaqif Mustafazadə XX əsrin görkəmli caz pianoçularından biri olmaqla yanaşı yaradıcılığı dövründə "Orero" asamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal-instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqəsi və festivallarının("Tallin-66", "Tbilisi-78", "Monte-Karlo")laureatı olmuşdur.
Vaqif Mustafazadə dərin köklərə malik qədim Azərbaycan muğamı ilə caz musiqisini uğurlu sintez edərək dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkrarolunmaz nümunələrini bəxş etmişdir. Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifi olmuşdur.
Vaqif Mustafazadə qısa, lakin mənalı ömür yaşadı. Onun qəlbləri titrədən gözəl melodiyaları və ritmləri milli musiqi irsimizi daha da zənginləşdirdi və bütün dünyada tanıtdı. Vaqif Mustafazadənin adı və yaradıcılığı yaşayır və daim yaşayacaqdır.
Ümumi xəbərlər
|