az | ru | en

15 oktyabr 2025




Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib. Görkəmli tarzən, Xalq artisti, professor, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Ramiz Quliyev vəfat edib.
Azərbaycanın görkəmli tarzəni Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. Ustad sənətkar illər boyu həm ifaçılıq, həm pedaqoji, həm də elmi fəaliyyət sahəsində böyük xidmətlər göstərib.
Ramiz Quliyev Azərbaycan tar məktəbinin inkişafında mühüm rol oynayıb, dünyanın bir çox ölkələrində milli musiqimizi ləyaqətlə təmsil edib. Onun ustad dərsləri və konsert proqramları Türkiyə, Əfqanıstan, Suriya, İsveçrə, Almaniya, Pakistan, Əlcəzair, Tunis, Hindistan, Yaponiya, ABŞ, Kanada, Polşa, Danimarka, İran, İraq, Fransa, İngiltərə, İsrail, Norveç və digər ölkələrdə geniş auditoriyalarda böyük maraqla qarşılanıb.
Musiqi sənətinin inkişafındakı xidmətlərinə görə Ramiz Quliyev "Şöhrət" və "Şərəf" ordenləri, Azərbaycan Respublikasının Dövlət Mükafatı və Prezident təqaüdü ilə təltif olunub.
Ustad tarzənin əziz xatirəsi musiqisevərlərin yaddaşında daim yaşayacaq.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin rəhbərliyi və kollektivi görkəmli tarzən Ramiz Quliyevin vəfatı ilə əlaqədar kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!
Allah rəhmət eləsin!








Ümumi xəbərlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.