az | ru | en

13 oktyabr 2025


Rəşid Şəfəq - 85


Bu gün Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, pedaqoq Rəşid Şəfəqin (13.10.1940 - 24.08.2017) anadan olmasının 85 illiyidir.
1940-cı il 13 oktyabrda Bakıda anadan olan sənətkar əsərləri ilə bir neçə nəsil uşağın musiqi dünyasını formalaşdırıb. O, 1920-1970-ci illərdə yazılmış uşaq mahnılarını xor üçün işləyib, 1979-cu ildə "Göyərçinik biz" toplusunu, 1986-cı ildə isə "Məktəblinin musiqi aləmi" kitabını çap etdirib.
Rəşid Şəfəqin "Səfeh siçan balası", "Tülkü, Tülkü, Tünbəki…" kimi uşaq operaları və xor əsərləri Azərbaycanda və bir sıra xarici ölkələrdə səslənib. Onun bəstələri "Qaya", "Sevil" kimi kollektivlərin ifasında radio və televiziyada geniş yayımlanıb.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından bəstəkar Rəşid Şəfəqə aid bəzi arxiv materiallarını Sizə təqdim edirik.








Ümumi xəbərlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.