6 avqust 2025
Aida Tağızadə
(05.02.1934 - 06.08.2025)
Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz vermişdir.
Bu gün 6 avqust 2025-ci il tarixində musiqişünas, professor, Əməkdar incəsənət xadimi Aida Tağızadə 91 yaşında vəfat etmişdir.
Aida Zeynal qızı Tağızadə 1934-cü il fevralın 5-də Şuşa şəhərində anadan olub. A.Zeynallı adına Musiqi Kollecini qırmızı diplomla bitirmiş, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) iki ixtisas - fortepiano ifaçılığı və musiqişünaslıq üzrə təhsil almışdır. O, 1958-ci ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqİ Akademiyasında Musiqi Tarixi kafedrasının müdiri kimi fəaliyyət göstərib. 1996-2007-ci illərdə fəaliyyətini Türkiyənin Ankara Bilkənd Universitetində davam etdirib. Bir neçə monoqrafiya, 100-ə yaxın elmi məqalənin müəllifidir.
Azərbaycan musiqişünaslıq elminin görkəmli nümayəndəsi olaraq, onun zəngin elmi və pedaqoji irsi daim xatırlanacaqdır.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kollektivi adından mərhumun ailəsinə, yaxınlarına və musiqi ictimaiyyətinə başsağlığı veririk.
Allah rəhmət eləsin!
Ümumi xəbərlər
|