az | ru | en

2 avqust 2025


NİYAZİNİN ANIM GÜNÜ


2 avqust 2025-ci il tarixində məşhur Azərbaycan dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı, Sosialist Əməyi Qəhrəmanı, Hacıbəyovlar nəslinin parlaq nümayəndəsi Maestro Niyazinin vəfatından 41 il ötür. Bununla əlaqədar səhər saatlarında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və onun filialı Niyazinin Mənzil Muzeyinin rəhbərliyi və əməkdaşları, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Leyla Zöhrabova, bəstəkar Məmmədağa Umudov və başqaları Fəxri xiyabanda Maestro Niyazinin məzarını ziyarət etmişlər. Muzeydə "Açıq qapı" günü keçirilmişdir. Gün ərzində muzeyin Musiqi Həvəskarları Klubunun üzvləri Maestro Niyazinin xatirəsini yad etmək üçün muzeyi ziyarət etmişlər. Qonaqlara Niyazinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilmiş, onun haqqında müxtəlif illərdə çəkilmiş sənədli filmlər, videokonsertlər, musiqisinin müəllifi olduğu filmlər nümayiş olunmuşdur.







Ümumi xəbərlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.