1 avqust 2025
ARİF BABAYEV
(20.02.1938-01.08.2025)
Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz vermişdir.
Bu gün 1 avqust 2025-ci il tarixində Xalq artisti, professor, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev 87 yaşında vəfat etmişdir.
Arif Babayev uzun illər ərzində milli musiqi sənətimizin inkişafında, muğam məktəbinin qorunub saxlanılmasında və yeni nəsil ifaçıların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. Görkəmli xanəndə, mahir pedaqoq, səmimi və təvazökar insan Arif Babayevin xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kollektivi adından mərhum sənətkarın ailəsinə, yaxınlarına və bütün mədəniyyət ictimaiyyətinə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
Ümumi xəbərlər
|