az | ru | en

30 iyul - 4 avqust 2025




Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova 30 iyul - 4 avqust 2025-ci il tarixlərində Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən "Ruh sanat" Ümumdünya Ənənəvi Mədəni və Musiqi Festivalına dəvət almışdır. Alla Bayramova Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyi və Qırğız Respublikasının Prezidenti yanında Qırğız Respublikası Milli Elmlər Akademiyası tərəfindən "Ruh sanat" Ümumdünya festivalı çərçivəsində keçirilən "Ənənəvi mədəniyyət və incəsənət: Qorunması və inkişafı problemləri" adlı beynəlxalq konqresdə elmin inkişafına verdiyi töhfəyə görə təşəkkür məktubu, "Ruh sanat" Ümumdünya Ənənəvi Mədəni və Musiqi Festivalında iştirakına görə təşəkkür məktubu, "Ruh sanat" Ümumdünya Ənənəvi Mədəni və Musiqi Festivalı çərçivəsində keçirilən "Ənənəvi mədəniyyət və incəsənət: Qorunması və inkişafı problemləri" adlı beynəlxalq konqresdə iştirakına görə sertifikata layıq görülmüşdür.








Ümumi xəbərlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.