az | ru | en

10 noyabr 2022

Xanəndə, bəstəkar, Azərbaycanın xalq artisti Məmmədbağır Bağırzadənin xatirə gecəsi


10 noyabr 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində xanəndə, bəstəkar, Azərbaycanın Xalq artisti Məmmədbağır Bağırzadənin xatirə gecəsi keçirilmişdir.
Gecənin əvvəlində Məmmədbağır Bağırzadənin ifasının lent yazısı səslənmişdir.
Ustad sənətkar Məmmədbağır Bağırzadənin ifasından 200-dən çox mahnı, təsnif, muğam yadigar qalmışdır. Gözəl ifaları ilə oxuduğu hər bir mahnıya öz dəsti-xəttini həkk etdirmiş, neçə-neçə Azərbaycan şairinin qəzəl və şerinə musiqi həyatı vermişdir. Dinləyicisi onu gözəl xanəndə kimi sevmiş və unutmamışdır.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir. Daha sonra söz tədbirin aparıcısı musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızına verilmişdir.
Gecədə Xalq artisti, tarzən Ramiz Quliyev, Azərbaycan Milli Konservatoriysı nəzdində Musiqi Kollecinin direktoru, professor, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İqtisadi Birliyinin koordinatoru Nilüfər Abbasova, Xalq artisti, müğənni Zaur Rzayev, müğənni Manaf Ağayev, Əməkdar incəsənət xadimi Çingiz Abbasov, Əməkdar artist, xanəndə Təhmiraz Şirinov, Xalq artisti, tarzən Ağasəlim Abdullayev, Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Cəmiyyətinin prezidenti Tofiq Əlizadə, qarmon ifaçısı Baxşəli Əliyev, tarzən, Xalq artisti Firuz Əliyev, Əməkdar elm xadimi, professor İbadulla Ağayev və Məmmədbağır Bağırzadənin yaxınları, həmkəndliləri, uşaqlıq dostları onun yaradıcılıq yolu, ifaçılıq sənəti haqqında danışmış, xatirələrini bölüşmüşlər. Tədbirdə Məmmədbağır Bağırzadənin ifasında videoyazılar səslənmişdir. Sonda Məmmədbağır Bağırzadənin oğlu Rahim Bağırzadə muzeyin direktoru Alla xanım Bayramovaya və ölməz sənətkarı yad etməyə gələnlərə dərin təşəkkürünü bildirdi.
Tədbir iştirakçıları Rahim Bağırzadənin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə etdiyi Məmmədbağır Bağırzadəyə məxsus bəzi əşyalar və fotoşəkillərdən ibarət sərgi ilə tanış olmuşlar.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.