az | ru | en

20 sentyabr 2013
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Bakı şəhərindəki Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi ilə birlikdə Milli Musiqi Gününə həsr olunmuş tədbir


Tədbirdə giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova, Bakı şəhərindəki Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Denisov çıxış etmişlər. Sonra söz tədbirin aparıcısı, muzeyin şöbə müdiri Xanım Abdinovaya verilmişdir. Onun çıxışı muzeyin hazırladığı “Arşın mal alan-100” slayd-şou ilə müşayiət olunmuşdır. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, musiqişünas, professor Zenfira Qafarova çıxış etmişdir.
Muzeyin Qədim Musiqi Alətləri Ansamblı (Bədii rəhbər - Məcnun Kərim, konsertmeyster - Munis Şərifov), Azərbaycan Respublikasının əməkdar artisti Anar Şuşalı, Bakı Musiqi Akademiyasının məzunu Ülkər Əliyeva və tələbə Dilarə Əliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Xalq Çalğı Alətləri Orkestri (Bədii rəhbər – Gülağa Zeynalov) və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin ifalarında konsert proqramı təqdim edilmişdir.
Tədbirin qonaqları Bakı şəhərindəki Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin nümayəndələri, musiqi ictimaiyyəti, Bakı muzeylərinin əməkdaşları, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, KİV-nin nümayəndələri və başqaları olmuşlar.

Tədbirin konsertinin proqramı

Üzeyir Hacıbəyli “Sənsiz” romansı.
İfa edir: Azərbaycan Respublikasının əməkdar artisti Anar Şuşalı. Müşayiət edir: konsertmeyster Təranə Məmmədova
Üzeyir Hacıbəyli “Arşın mal alan” musiqili komediyasından Gülçöhrənin ariyası.
İfa edir: Bakı Musiqi Akademiyasının məzunu Ülkər Əliyeva. Müşayiət edir: bəstəkar Elçin Məmmədov
Üzeyir Hacıbəyli “Arşın mal alan” musiqili komediyasından Gülçöhrənin ariyası.
İfa edir: Bakı Musiqi Akademiyasının tələbəsi Dilarə Əliyeva. Müşayiət edir: Aslan Aslanov
Niyazi “Arzu” romansı.
İfa edir: Bakı Musiqi Akademiyasının məzunu Ülkər Əliyeva Müşayiət edir: Bəstəkar Elçin Məmmədov
Üzeyir Hacıbəyli “Arşın mal alan” musiqili komediyasından I pərdə.
İfa edir: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Xalq Çalğı Alətləri Orkestri (Bədii rəhbər – Gülağa Zeynalov)
“İnnabı” xalq rəqsi.
İfa edir: Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimləri Prezident təqaüdşüsü Mirhüseyn Əsədullayev (tar), Ruhulla Dadaşov (nağara), Hikmət Abdullayev (kamança)
Xalq mahnısı “Küçələrə su səpmişəm”.
İfa edir: Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri Məftun Səfərli (xanəndə). Müşayiət edir : Mirhüseyn Əsədullayev (tar), Hikmət Abdullayev (kamança)
Müslüm Maqomayev “Azərbaycan“.
İfa edir: Respublika və Beynəlxalq Müsabiqələr laureatı Aslan Əzimzadə.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.