az | ru | en

30 yanvar 2013
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarları Klubunun “Fortepiano Musiqisi Axşamı” adlı tədbiri


30 yanvar 2013-cü il tarixində Niyazinin mənzil muzeyində Klassik Musiqi Həvəskarları Klubunda “Fortepiano musiqisi axşamı” adlı tədbir keçirilmişdir.
Giriş sözü ilə muzeyin elmi işçisi Abdinova Xanımbacı çıxış etmişdir.Tədbirdə Bakı Musiqi Akademiyasının prorektoru, professor, əməkdar incəsənət xadimi Oqtay Abbasquliyevin tələbələrinin ifasında maraqlı konsert proqramı təqdim edimişdir. Tədbiri aparmaq üçün söz Bakı Musiqi Akademiyasıının musiqişünaslıq fakultəsinin III kurs tələbəsi Vəlizadə Şanəyə verilmişdir. Pedaqoji fəaliyyətinin 50 illiyi ərəfəsində keçirilən tədbirdə Oqtay müəllim tədbir iştirakçılarını maraqlandıran suallara ətraflı cavab vermişdir.
Tədbirin qonaqları, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, Bakı Musiqi Akademiyasının müəllim və tələbələri, KİV-nin və televiziyanın nümayəndələri olmuşlar.

Bakı Musiqi Akademiyasının prorektoru, professor, Əməkdar İncəsənət Xadimi Oqtay Abbasquliyevin tələbələrinin ifasında konsertin proqramı

  1. F.Şopen Ballada ¹ 3
  2. L.Bethoven Sonata ¹ 6 (final)
  3. F. List-Etüd f moll
    İfa edir: Bakı Musiqi Akademiaysının tələbəsi, Beynəlxalq və Respublika müsabiqələri laureatı Əmiraslanova Səmra (I kurs)

  4. F.Şopen Etüd ¹ 23
  5. A.Dadaşov 3 prelüd
    İfa edir: Bakı Musiqi Akademiyasının tələbəsi, Respublika Müsabiqələr laureatı Cəfərli Nilufər (I kurs)

  6. S.Prokofyev Sonata ¹-3
    İfa edir: Bakı Musiqi Akademiyasının tələbəsi, Respublika Müsabiqələr laureatı Məmmədova Fəridə (IV kurs)

  7. F.List “Oberman vahidi”
  8. Cövdət Hacıyev “Ballada”
  9. Rossini-List Parafraz “Vilhelm Tel” operasından
    İfa edir: Bakı Musiqi Akademiyasının tələbəsi, Beynəlxalq və Respublika müsabiqələri laureatı Şıxıyev Tofiq (I kurs)






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.