az | ru | en

25 iyun 2022



25 iyun 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə XIX-XX əsr Fransız musiqisindən ibarət konsert keçirilmişdir.
Bakı Musiqi Akademiyasının tələbələri Nuray Bayramlı, Günay İsmayılova, Ülkər Məmmədova, Nihat Ağayev, Ada Ədilzadə, Elvin Babayev görkəmli fransız bəstəkarları Jül Massne, Jül Muke və Fransis Pulenkin əsərlərindən ibarət maraqlı konsert proqramı ilə çıxış etmişlər. Konsertin bədii rəhbərləri akademiyanın müəllimləri Nərminə Hacızadə və Sevda Yolçuyevadır.
Sonda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova ifaçıları gözəl konsert proqramına görə muzeyin adından təbrik etdi.








Tədbirlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.