az | ru | en

9 iyun 2022
GƏLƏCƏYİMİZİ QORUYAQ


Məlum olduğu kimi 26 iyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi mütəmadi olaraq gənclərin, Bakı şəhər məktəblilərinin və tələbələrinin muzeyə gəlişi, maarifləndirilməsi, sağlam həyat tərzinin təbliği məqsədilə silsilə tədbirlər keçirir.
9 iyun 2022-ci il tarixində Böyük Qayıdış Gənclər Təşkilatının üzvləri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində qonaq olmuşlar.
Niyazi Mənzil Muzeyinin müdiri, Əməkdar məıdəniyyət işçisi Rza Bayramov qonaqları salamlamışdır. Daha sonra muzeyin şöbə müdiri Xanım Abdinova gənclərə görkəmli dirijor və bəstəkar Niyazinin həyatı və zəngin yaradıcılığı haqqında ətraflı məlumat vermiş, maestronun yaradıcılıq yolunu əks etdirən videokadrlar nümayiş olunmuşdur. Görüş zamanı həmçinin dövrün aktual problemi olan narkomaniyaya qarşı aparılan maariflənmə və profilaktik mübarizə tədbirlərindən, "ağ ölüm"ün fəsadları, psixotrop maddələrin mənfi təsirləri, o cümlədən mədəni istirahətin, asudə vaxtdan səmərəli istifadə olunmasının, təhsilin əhəmiyyəti, maariflənmənin, mütaliənin üstünlükləri barədə danışılmış, fikir mübadiləsi aparılmış, səmimi söhbət əsnasında gənclərin sualları cavablandırılmışdır.









Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.