az | ru | en


3 aprel 2022


Bazar günü, aprelin 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Tacikistandan qonaqları qəbul etmişdir. Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı və Gürcüstandakı səfiri cənab Rustam Soli, həyat yoldaşı Mühəbbət xanım və məşhur tacik alimi Munira xanım Şohidi Muzeyin ekspozisiyası və onun filialı olan Qara Qarayevin Ev Muzeyi ilə tanış olmuşlar. Qeyd edək ki, Munira Şohidi - Qara Qarayevlə dostluq münasibətləri olan görkəmli tacik bəstəkarı, Tacikistan Respublikasının Xalq artisti, iki opera, "Makomlar simfoniyası" , çoxsaylı mahnıların müəllifi Ziyodullo Şahidinin (1914-1985) qızıdır. Qonaqlara muzeyin nəşr etdirdiyi kitablar, notlar, disklər hədiyyə edilmişdir. Həmçinin onların qarşısında muzeyin Qədim Musiqi Alətləri Ansamblının musiqiçiləri çıxış etmişlər.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.